Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "Nüvə silahı sınaqlarına dərhal başlayın!"

30.10.2025 11:00


ABŞ 33 ildən sonra ilk dəfə olaraq nüvə silahlarını sınaqdan keçirəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Prezident Donald Tramp özünün “Truth Social” hesabında yazıb.

O qeyd edib ki, qərar digər ölkələrin nüvə proqramları ilə əlaqədardır:

“Başqa ölkələr sınaq proqramları keçirir. Mən Müharibə Nazirliyinə göstəriş verdim ki, bərabər qaydada bizim nüvə silahlarımızın da sınaqlarına başlanılsın.

Bu proses dərhal başlayacaq. Dünyada ən çox nüvə silahı bizdədir. Rusiya ikinci, Çin üçüncü yerdədir. Amma o (Çin) 5 il ərzində bizə çatacaq”, – Tramp qeyd edib.

ABŞ lideri bildirib ki, hazırda nüvə arsenalına görə ABŞ birinci, Rusiya ikinci, Çin isə “böyük fərqlə” üçüncü yerdədir. Onun sözlərinə görə, Çin beş il ərzində bu fərqi azalda bilər.

 

Paylaş: