Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp Qəzzaya gedəcək

23.10.2025 17:57


ABŞ Prezidenti Donald Tramp Qəzza zolağına səfər edəcəyini bildirib.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, o bunu “Time” jurnalına müsahibəsində deyib.

“Mən bunu edəcəyəm. Bəli, edəcəyəm”, – Tramp jurnalistin müvafiq sualına cavab verib.

D.Tramp, həmçinin bildirib ki, onun sülh planında nəzərdə tutulan Qəzza üzrə Sülh Şurası artıq yaradılıb və ona bu şuranın sədri olmağı təklif ediblər: “Sülh Şurası nüfuzlu insanlardan ibarət olacaq və onun Yaxın Şərqdə çox təsiri olacaq”.

ABŞ liderinin fikrincə, Yaxın Şərq regionu hazırda nadir birlik nümayiş etdirir: “İndi HƏMAS istisna olmaqla, hamı həqiqətən birləşib”.

Bununla belə, D.Tramp vurğulayıb ki, HƏMAS əldə olunan razılaşmalara qarşı çıxarsa, Sülh Şurası hərəkatı məsuliyyətə cəlb edə biləcək.

Paylaş: