Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp türk dövlətlərinin prezidentləri ilə görüşəcək 

28.10.2025 22:11

ABŞ prezidenti Donald Tramp gələn həftə beş Mərkəzi Asiya ölkəsinin lideri ilə görüşəcək. 

Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Məlumata görə, görüş noyabrın 6-da təyin edilib.

İclasda Özbəkistan , Qazaxıstan , Qırğızıstan , Tacikistan və Türkmənistan liderlərinin iştirakı gözlənilir. 

Qeyd edək ki, oktyabrın 26-da Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti Vaşinqtonda Mərkəzi Asiya liderləri və Trampın iştirakı ilə sammitin keçirilməsini planlaşdırır. 

 

 

 

Paylaş: