Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp Yaponiyada Azərbaycanla bağlı DANIŞDI

28.10.2025 15:56

PHOENIX, ARIZONA – DECEMBER 22: U.S. President-elect Donald Trump smiles during Turning Point USA’s AmericaFest at the Phoenix Convention Center on December 22, 2024 in Phoenix, Arizona. The annual four day conference geared toward energizing and connecting conservative youth hosts some of the country’s leading conservative politicians and activists. (Photo by Rebecca Noble/Getty Images)

ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Kanafava prefekturasında yerləşən “USS George Washington” aviadaşıyıcısında amerikalı hərbçilər qarşısında çıxış edib.

Primeinfo.az xəbər verir ki, o, rəhbərlik etdiyi administrasiyanın 8 ay ərzində güc tətbiq etmədən səkkiz beynəlxalq münaqişəni sona çatdırdığı bildirib.

Qeyd edib ki, onun siyasətinə aid etdiyi münaqişələrin həlli arasında Kosovo-Serbiya, Kongo-Rvanda, Pakistan-Hindistan, İsrail-İran, Misir-Efiopiya, Ermənistan-Azərbaycan və Qəzza sektorundakı döyüş əməliyyatları daxildir:

“8 ay ərzində səkkiz müharibəni sona çatdırdım. Bizə məlum olan heç bir prezident müharibələri bitirməyib, çoxu isə əksinə yeni müharibələr başlayıb”.

ABŞ lideri Malayziyada Kamboca ilə Tayland arasında imzalanan sazişi də xatırladıb:

“Administrasiyanın əsas alətləri “ticarət və tariflər” olub. Biz milyonlarla insanın həyatını xilas etdik. Əsasən sözlə hərəkət etdik, silahla yox”.

Tramp həmçinin deyib ki, ABŞ dünyanın ən güclü və qüdrətli silahlı qüvvələrinə malikdir: “Heç kimin bizim kimi silahları yoxdur və tezliklə onlar əvvəlkindən də güclü və qüdrətli olacaq”.

Xüsusilə o, ABŞ Hərbi Dəniz Qüvvələrini qeyd edərək, heç kimin Amerika donanmasını təhdid etməyə cəsarət etməyəcəyini söyləyib.

 

Paylaş: