
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalara Moskva sərt reaksiya verib.
Primeinfo.az bu barədə “CNN Türk”ə istinadən xəbər verir.
Məlumata görə, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ “zəvzək sülh səfiri” vasitəsilə Rusiyaya qarşı faktiki olaraq müharibə yoluna qədəm qoyub.
“Bəzi şərhçilər hələ də xəyallarda yaşayırlar. Amma artıq reallığı görməli idilər. ABŞ bizim düşmənimizdir və onun “zəvzək sülh səfiri” indi Rusiyaya qarşı tam miqyaslı müharibəyə başlayıb” – deyə, Medvedev vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton Ukrayna münaqişəsində tam şəkildə bu ölkəni dəstəkləyir:
“ABŞ Konqresi daxili təzyiqlər altında qərar qəbul etmiş ola bilər, lakin bu, əsas vəziyyəti dəyişdirmir. Qəbul edilən qərarlar Rusiyaya qarşı müharibə elanıdır”.