Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə saxlanılan məşhur cütlüyün analiz cavabları AÇIQLANDI - VİDEO

08.10.2025 17:25

Türkiyədə İstanbul Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən məşhurlara qarşı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə istintaq davam edir.

Primeinfo.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, istintaq çərçivəsində saxlanılan məşhurlar qan analizi verdikdən və ifadələri alındıqdan sonra sərbəst buraxılacaqlar.

Məşhur sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatın vəkili Sevinç Orazın sözlərinə görə, istintaq işi ilə bağlı məxfilik qərarı verilib.

O, Polat cütlüyünün qan, sidik və saç analizlərinin təmiz çıxdığını bildirib:

“Narkotik maddə istifadə etmədiklərinə dair ifadələrimiz, dəlillərimiz sabitdir. Hesabatlar da ortadadır. İfadələr yekunlaşdıqdan sonra sərbəst buraxılacaqlar. Bu, bir saxlanılma deyil, ifadə verməkdir. Dosyedə məxfilik qərarının alındığı bildirilir”.

Qeyd edək ki, cütlük daha əvvəl “çirkli pulların yuyulması” və vergidən yayınma ittihamı ilə həbs edilmişdi. Onların 40 ilə qədər həbsi tələb edilirdi.

Ötən ilin avqustunda Dilan Polat, sentyabrın əvvəlində isə Engin Polat haqqında azadlığa buraxılma əmri verilib və onlar sərbəst buraxılıblar.

 

 

Paylaş: