
Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Primeinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ yerli vaxtla saat 6:49-da, yerin 10,4 kilometr dərinliyində meydana gəlib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.