Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna Krıma hücum edib

17.10.2025 10:40

Oktyabrın 17-nə keçən gecə Krımda bir sıra güclü partlayışlar baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə UNİAN“Krımskiy veter” Teleqram kanalına istinadən məlumat yayıb.

Qeyd edilib ki, pilotsuz uçuş aparatlarının hücumu nəticəsində neft bazasında partlayış və yanğın baş verib.

Əlavə olaraq, sursat anbarına da zərbə endirildiyi ehtimal olunur. Bundan başqa, Simferopolda azı dörd güclü partlayış səsi eşidilib.

Hücumun konkret hansı obyektlərə yönəldiyi hələlik məlum deyil.

Paylaş: