![]()
İranın ali dini lideri Əli Xamenei Donald Trampın ABŞ-ın İranın nüvə potensialını məhv etməsi ilə bağlı iddiasını rədd edib.
Primeinfo.az xəbər verir ki, bu barədə, o, özünün “X” səhifəsində yazıb.
“ABŞ prezidenti fəxrlə deyir ki, onlar İranın nüvə sənayesini məhv ediblər. Çox yaxşı, belə düşünməkdə davam et!”, – Xamenei qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, əgər ABŞ İran daxilindəki hədəfləri vurmasaydı, Tehran artıq nüvə silahına malik ola bilərdi.