Yaponiyanın keçmiş baş naziri Tomiiti Murayama 102 yaşında vəfat edib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Murayama 1994-1996-cı illərdə koalisiya hökumətinə rəhbərlik edib.
Murayama 1995-ci ildə Yaponiyanın təcavüzü və müstəmləkəçilik siyasətinə görə Asiya ölkələrindən üzr istəmişdi.