Xəbər axtarın

Son axtarış nəticələri:

Zaur İbrahimli: Bakı-Ankara yaxınlaşmasının ən udan tərəfi elə Türkiyədir - VİDEO

01.10.2025 11:31


“Azərbaycan və Türkiyə yaxınlığının ən udan tərəfi elə Türkiyədir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində siyasi şərhi Zaur İbrahimli bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında dostluq və qardaşlıq münasibəti hər nə qədər hesaba çəkilməsə də, insanları inandırmaq üçün rəqəmlərə ehtiyac var:
“Biz ən ucuz qazı Türkiyəyə satırıq – xarici bazardan ən azı 4 dəfə ucuz. Hətta Rusiya Belarus və Ermənistana heç o qədər ucuz qaz satmır. Bundan başqa, Türkiyənin iqtisadi problemləri fonunda çökməməsinə, ayaq üstə qalmasına çox böyük dəstək vermişik. Azərbaycan Türkiyə iqtisadiyyatına indiyədək 30 milyard dollardan çox investisiya yatırıb. Belə baxanda, çox böyük rəqəmdir”.

Paylaş: