“İkitərəfli təhlükəsizlik zəmanətləri Ukrayna xalqı üçün ən vacib məsələdir”.
Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşünün mətbuata açıq hissəsində bildirib.
Müharibəni dayandırmaq üçün Kiyevin hansı güzəştləri qəbul edə biləcəyi sualına cavab verərkən Ukrayna lideri deyib:
“Birincisi, düşünürəm ki, oturub danışmağımız lazımdır. İkincisi, atəşkəs lazımdır. Hər gün hücumlara məruz qalan Ukrayna sakinləri üçün ən vacib məsələ, həqiqətən, etibarlı təhlükəsizlik zəmanətləridir. NATO ən yaxşısıdır, lakin silahlar da çox vacibdir. Bizim tərəfimizdə olan müttəfiqlər çox vacibdir”.
O həmçinin vurğulayıb ki, Rusiyanın son zamanlarda Ukraynanın enerji infrastrukturuna hücumlarından sonra Amerika enerji şirkətləri Ukraynaya kömək etməyə hazır olduqlarını bildirib.
“Amerikanın böyük enerji şirkətləri ilə görüşmək üçün yaxşı imkanım oldu və onlar bizə kömək etməyə hazırdırlar”, – Ukrayna Prezidenti vurğulayıb.
22:02
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və Ukrayna lideri Volodimir Zelenski Ukraynanın Rusiya ərazisinə dərinliyinə zərbələr endirməsinə imkan verəcək yeni imkanları müzakirə etməyi planlaşdırırlar.
Ağ Ev rəhbəri bunun eskalasiya olacağını etiraf edib.
“Biz bu barədə danışacağıq”, – deyə Tramp yeni imkanların müzakirə olunub-olunmayacağı barədə suala cavab olaraq deyib: “Biz bu barədə danışacağıq. Siz haqlısınız. Bu, eskalasiya olacaq, amma biz bu barədə danışacağıq”.
Tramp “Tomahawk”lar məsələsini konkret olaraq qeyd etməyib, lakin bu gün aparılacaq müzakirələrin mərkəzində Amerika istehsalı olan uzaq mənzilli raketlərin dayanacağı gözlənilir.
21:33
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.