
ABŞ-nin Nevada səhrasında 315 nəfərin yandırılmış meyitlərinin külləri aşkar edilib.
Primeinfo.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə “The Sun” bildirir ki, kütləvi insan qalıqları Serçlayt şəhəri yaxınlığında tapılıb.
Küllərin yanında heç bir nişanə və ya sənəd olmayıb. Bu da ölənlərin şəxsiyyətini müəyyənləşdirməyi praktiki olaraq qeyri-mümkün edib.
Ərazidə kül torbalarını bağlamaq üçün istifadə edilən məftil qırıntıları və qabların parçaları tapılıb.
Qalıqların həqiqətən insanlara aid olduğu rəsmən təsdiqlənib.
Faktla bağlı araşdırma aparılır.