Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Niyə Azərbaycanda insan həyatı bu qədər ucuzdur?” - VİDEO

25.11.2025 16:01


“Bakıda ardıcıl yanğınlar, partlayışlar baş verir. Binaların təhlükəsizliyi ciddi narahatlıq doğurur. Artıq insanlar evlərində rahat yaşaya bilmirlər”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.

Onun fikrincə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğın paytaxtdakı bir sıra binaların 1-ci mərtəbəsi və zirzəmisindəki qeyri-yaşayış obyektlərinin təhlükəsizliyi məsələsini gündəmə gətirib.

“Çox insan düşünür ki, məsələn, yaşadığım binanın altındakı şarj aparatı və ya sayğaclarla bağlı nə baş verə bilər? Eyni zamanda, FHN-nin işi üçün – yəni, ehtiyac olduqda, onların su ilə təminatı üçün şəhərdə böyük boru halında xüsusi kranlar var idi. Onların hamısını ləğv ediblər, yoxa çıxarıblar. Kimlər edir bunu, nə baş verir bu ölkədə? Niyə insan həyatı bu qədər ucuzdur? Məncə, bu məsələlər artıq çox ciddi şəkildə gündəmə gəlməlidir. Cərimələr artmalıdır.

Belə çıxır ki, heç kim heç nədən sığortalanmayıb. Rüşvət hər şeyi həll edirsə, o zaman vəziyyətimiz kifayət qədər ağırdır”, – deyə Aygün Muradxanlı vurğulayıb.

 

Paylaş: