Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Təhsil nazirinin məktəblərdən xəbəri yoxdur” – VİDEO

17.11.2025 15:40

“Məktəblərdə bütün müəllimlərin eyni vaxtda müəllimlər otağında oturması üçün yer yoxdur”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.

O, elm və təhsil naziri Emin Əmrullayevin “müəllimlər axşam saat 6-ya kimi məktəbdə qalacaq” fikrini tənqid edib. Onun sözlərinə görə, məktəblərə “tam ştatlı müəllim” modelinin gətiriləcəyi xəbəri bir çox müəllimlərin də narazılığına səbəb olub.

“Müəllimlər bu barədə sosial şəbəkələrdə də yazırlar. Məsələn, Bakı məktəblərinin birində dərs deyən müəllim yazır ki, “mən gözləyirəm 1-ci növbənin müəllimi dərsini bitirib getsin ki, mən oradan üst geyimimi, çantamı asım. Masa və oturacaq boşalsın ki, oturub dərs deyim. Belə çıxır ki, təhsil nazirinin ümumiyyətlə, məktəblərdə nə baş verdiyindən xəbəri yoxdur. Axı niyə biz dərsliklər və digər vacib məsələləri kənara qoyub, müəllimi məktəbdə tutmağın üzərində işləməliyik?”

Aygün Muradxanlı həmçinin rayonlarda fəaliyyət göstərən orta məktəblərin problemlərindən də söz açıb.

 

 

Paylaş: