
“Bəzi məmurlar xalqın etimadını qazanmaq, millətə və dövlətə ləyaqətlə xidmət etmək əvəzinə, ancaq ölkəni necə çapıb-talamaq haqqında fikirləşir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.
Onun fikrincə, Azərbaycanın dövlət quruculuğunun çox həssas bir məqamına gəlib çatmışıq:
“Biz həm nüfusca böyüyürük, həm də imkanlarımız genişlənir. İmkanlarımız genişləndikcə, bizə qarşı təhdidlər də artır. Yəni, Prezident sizə bir vəzifə verir, görəv tapşırır, qarşınıza konkret öhdəliklər qoyur. Siz onun şərəfini, məsuliyyətini, qürurunu heçmi yaşamırsınız? Elə ancaq onu düşünürsünüz ki, görüm burada nə oğurlaya bilərəm? Axı başqa cür də işləmək mümkündür”.
“Niyə, oturduğunuz kabinetdən utana-utana, ayaqlarınızı sürüyə-sürüyə çıxırsınız? Kaş ki, Azərbaycanda hər məmur olduğu yerdə şərəflə çalışan bir üst mərhələyə keçə bilsin”, – A.Muradxanlı vurğulayıb.