
Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Primeinfo.az-a məlumat verilib.
Qeyd edək ki, FHN-nin qüvvələri tərəfindən paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb.
***
19:15
Bakıda çoxmərtəbəli binada yanğın məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a məlumat verilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin çevik müdaxiləsi sayəsində paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
18:57
Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.