Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda partlayış baş verən ərazidən 7 nəfər xilas edilib - YENİLƏNİB - FOTO - VİDEO

24.11.2025 10:46

Noyabrın 24-də saat 9 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada baş verən partlayışda xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu barədə Primeinfo.az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

FHN-dən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

10:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Primeinfo.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

Paylaş: