Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda TDT Media və İnformasiya üzrə nazirlərin 7-ci toplantısı keçirilir

28.11.2025 10:18

 

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilir.

Primeinfo.az xəbər verir ki, toplantıda üzv dövlətlərin qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri nəzərdən keçiriləcək, həmçinin Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 8-ci toplantısının və Media və informasiya üzrə işçi qrupunun 13-cü iclasının keçiriləcəyi yer müəyyənləşəcək.

Toplantının sonunda Kommünike qəbul edilməsi planlaşdırılır.

 

Paylaş: