
Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parad başa çatıb.
***
15:05
Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda hərbi aviasiyanın nümunəvi çıxışları başlayıb.
***
14:46
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda hərbi texnikanın keçidi başlayıb.
İlk olaraq xüsusi təyinatlı avtomobil texnikası və silah sistemləri kalonu Azadlıq meydanına daxil olub.
Kolona Vətən uğrunda medalı ilə təltif olunmuş general-mayor Eldəniz Yəhyayev başçılıq edir.
14:28
***
Bakıda keçirilən Hərbi paradda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışı bitib, hərbçilərin keçidi başlayıb.
***
Bakının Azadlıq meydanında noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.
Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.