Xəbər axtarın

Son axtarış nəticələri:

Bayden Trampın ABŞ-ı rüsvay etdiyini deyib

08.11.2025 11:16

ABŞ-ın sabiq prezidenti Co Bayden hazırkı prezident Donald Trampı ölkəni rüsvay etməkdə ittiham edib.

Primeinfo.az xəbər verir ki, Bayden bu barədə 7 noyabrda Nebraska ştatında keçirilən Demokratlar Partiyasının tədbirində danışıb.

“Cənab Prezident, başa düşməyinizi istəyirəm ki, biz sizin üçün yox, siz bizim üçün işləyirsiniz. Siz təkcə milyarderlər və milyonçular üçün deyil, bizim üçün işləyirsiniz. Mən qəzəbliyəm. Bu, demokratiyadır və demokratiyada kral yoxdur və onun hərəkətləri bir ölkə olaraq bizim üçün rüsvayçılıqdır”, – Bayden deyib.

Paylaş: