Xəbər axtarın

Son axtarış nəticələri:

“Bi Umut” türk filminin Bakıda nümayişi başlayır - VİDEO

06.11.2025 18:40


7 noyabrdan etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində türk ailəvi dram janrında olan və real hadisələr əsasında çəkilmiş “Bi Umut” filminin eksklüziv nümayişi başlayır.

Primeinfo.az-a kinoteatrdan verilən məlumata görə, ekran əsəri xəstəxanada ailəsiz və dəstəksiz qalan rus gəncə on il boyunca analıq edən türkiyəli Gülsüm Kabadayının gerçək həyatından bəhs edir.

Filmdə insan mərhəmətindən, ana sevgisindən və empatiyanın gücündən söz açılır.

Ekran əsərinin rejissoru Gökhan Arı insan ruhunun gücü və möcüzəyə inam haqqında emosional hekayə yaradıb.

Baş rollarda Hülya Duyar, Leon Kemstaç, Fikret Kuşkan, Celal Öztürk, Hayat Van Eck və Arzum Onan çəkiliblər.

Filmi yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində izləmək mümkündür.

Paylaş: