Xəbər axtarın

Son axtarış nəticələri:

Bu ilin ən şiddətli maqnit qasırğası qeydə alınıb

13.11.2025 20:59

Noyabrın 12-nə keçən gecə başlayan maqnit qasırğası artıq təxminən 36 saatdır ki, Yer planetində müşahidə olunur.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş astronomiyası və heliogeofiziki cihazqayırma laboratoriyası məlumat yayıb.

Məlumata görə, maqnit qasırğası dünən təxminən səhər saat 4 radələrində başlayıb və G4,7 səviyyəsinə (bu ilin ən yüksək göstəricisinə) çatıb. Hazırda təxminən 36 saatdır davam edir.

Qasırğanın günün sonuna kimi səngiyəcəyi gözlənilir.

Paylaş: