Xəbər axtarın

Son axtarış nəticələri:

Bülbülün nəvəsi Dövlət Simfonik Orkestrinə dirijor təyin olundu

30.11.2025 20:26

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub.

Primeinfo.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu posta Murtuza Bülbül təyin edilib.

O, SSRİ Xalq artisti Bülbülün nəvəsi, Xalq artisti Polad Bülbüloğlunun oğludur.

2001-ci ildə doğulan Murtuza Bülbül musiqi təhsilinə Moskvadakı Betxoven adına Uşaq Musiqi Məktəbində başlayıb.

2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovdur.

Simfonik Orkestrdə həmçinin Mustafa Mehmandarov da dirijorluq fəaliyyəti göstərir.

Paylaş: