Xəbər axtarın

Son axtarış nəticələri:

Dağıstanda helikopter qəzası: 4 nəfər öldü

07.11.2025 16:57

Dağıstanda helikopter qəzaya uğrayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Dağıstan Respublikasının Səhiyyə Nazirliyi qəza nəticəsində dörd nəfərin öldüyünü açıqlayıb.

“Baza” Telegram kanalının məlumatına görə, Ka-226 helikopterini göyərtəsində yeddi nəfər olub. Helikopterin İzberbaş şəhəri yaxınlığındakı istirahət mərkəzində qəzaya uğradığı bildirilib.

 

Paylaş: