Xəbər axtarın

Son axtarış nəticələri:

Daha bir ölkə G20-dən imtina etdi

13.11.2025 21:39

Çin lideri Si Cinpin “Böyük iyirmiliyin” (G20) Cənubi Afrika Respublikasında (CAR) nəzərdə tutulan sammitində iştirak etməyəcək.

Prinneinfo.az xəbər verir ki, bu barədə “Die Zeit” nəşri yazıb.

Yohannesburq sammitində ölkənin nümayəndə heyətinə Dövlət Şurasının Baş naziri Li Syan rəhbərlik edəcək.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın və Rusiya Prezidenti Vladimir Putinin də bu sammitdə iştirakdan imtina etmələri nəzərə alınsa, onda G20 yarandığı gündən etibarən ilk dəfə üç ən böyük dövlətin başçıları bu tədbirdə iştirak etməyəcəklər.

Paylaş: