Xəbər axtarın

Son axtarış nəticələri:

Dəmirtaş azadlığa buraxılır? - Ərdoğandan CAVAB

05.11.2025 16:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində çıxardığı hökmə münasibət bildirib.

Primeinfo.az bu barədə Haberler.com-a istinadən məlumat verir.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə məhkəmə sistemi bu məsələdə nə desə, o da tətbiq ediləcək.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Avropa İnsan Hüquqları Məhkəməsinin Səlahəddin Dəmirtaş barədə çıxardığı qərarın artıq qüvvəyə mindiyini bildirib:

“Böyük Palataya müraciət qəbul edilmədiyi üçün qərar artıq qəti xarakter alıb. Sənədin Ankara Regional Apellyasiya Məhkəməsinə gəlməsi və ya tərəflərin müraciəti halında məsələ məhkəmə tərəfindən dəyərləndiriləcək. Biz məhkəmənin qiymətləndirmə prosesini gözləyəcəyik”.

AİHM indiyə qədər bu iş üzrə üç dəfə qərar qəbul edib və hər üçündə S.Demirtaşın həbsdə saxlanılmasını hüquq pozuntusu kimi qiymətləndirib.

Xatırladaq ki, Səlahəddin Dəmirtaş 2014-cü ildə Kobani etirazlarına görə 42 il həbs cəzasına məhkum edilib.

O, 2016-cı ildən həbsdədir.

Paylaş: