
Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.
Zəlzələ Bakı vaxtı ilə saat 00:28-də Əfqanıstanın şimalındakı Balx əyalətində, Məzari-Şərifdən 45 km cənub-şərqdə qeydə alınıb.
Bölgə rəsmilərinin açıqlamasına görə, zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb, təxminən 300 nəfər isə yaralanıb: “Zəlzələnin yeraltı təkanları çox güclü olub və ölənlərin sayı arta bilər”.