Xəbər axtarın

Son axtarış nəticələri:

Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyevlə bağlı DTX-da davam edən cinayət işi üzrə şübhəli şəxs kimi istintaqa cəlb olunub

30.11.2025 17:21

Məlumdur ki, dünən AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılmış, daha sonra onlar DTX-yə aparılaraq orada dindirilmişlər.

Primeinfo.az xəbər verir ki, bu gün isə məlum olub ki, hər iki şəxs PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb edilmişlər.

Hələlik onlara ittiham elan olunmayıb.

Paylaş: