
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən çıxışında bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə əlavə 250 ədəd yerli istehsal “Altay” tankının verilməsi planlaşdırılır.
Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
Prezident Ərdoğan qeyd edib ki, artıq yerli döyüş tankının ilk partiyası ordunun istifadəsinə təqdim olunub:
“Biz növbəti altı il ərzində daha 250 “Altay” tankının Silahlı Qüvvələrin inventarına daxil edilməsini hədəf kimi müəyyən etmişik”.
Bununla yanaşı, Türkiyə Prezidenti müdafiə sahəsində Avropalı müttəfiqlərlə əməkdaşlığın da genişləndirildiyini vurğulayıb. O, ölkənin milli döyüş təyyarəsi olan “KAAN”ın isə planlaşdırılan tarixdə Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcəyini bildirib.
Bu addımlar Türkiyənin hərbi gücünün və müdafiə sənayesinin inkişafında mühüm rol oynayır.