
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə “taxıl dəhlizi”nin yenidən açılmasını müzakirə edəcəyini bildirib.
Primeinfo.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan sabah baş tutacaq telefon danışığı zamanı dəhliz məsələsini də gündəmə gətirəcəyini deyib.
“Zelenski ilə Ankarada görüş keçirdik. Sabah Putinlə danışacağıq. “Taxıl dəhlizi” ilə bağlı səylərimiz sülhə aparan yolu açmaq üçündür. “Taxıl dəhliz”i vasitəsilə taxılın Afrikaya çatmasını hədəfləmişdik. Sabahkı görüşlərdə dəhlizin yenidən bərpa olunmasını Putindən xahiş edəcəyəm. Putinlə ölümləri dayandıra bilmək üçün hansı addımları ata biləcəyimizi müzakirə edəcəyik. Aldığımız nəticələri həm Avropadakı tərəfdaşlarımızla, həm də ABŞ-la bölüşəcəyik”, – deyə Ərdoğan qeyd edib.