Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğandan Kipr məsələsinin həll olunmamasının səbəbi ilə bağlı - AÇIQLAMA

13.11.2025 19:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin bu günədək həllini tapmamasının əsas səbəbini açıqlayıb.

Primeinfo.az xəbər verir ki, Ərdoğan bildirib ki, Rum tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu qəbul etməməsi adada problemli vəziyyətin hökum sürməsinə səbəb olub.

“Kipr məsələsinin bu günədək həll olunmamasının kökündə Rum tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu rədd etməsi dayanır”, – Ərdoğan vurğulayıb.

Prezident əlavə edib ki, Türkiyə adadakı iki xalqın sülh, rifah və təhlükəsizlik şəraitində yanaşı yaşaya biləcəyi bir həllin mümkün olduğuna dair mövqeyini qorumaqda davam edir.

Paylaş: