Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistan Aİ-dən viza planını alacaq

03.11.2025 16:57

Ermənistan yaxın günlərdə Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Planını alacaq.

Primeinfo.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu daxili işlər naziri Arpine Sarqsyan bildirib.

O, biometrik pasport sisteminin tətbiqi ilə bağlı danışarkən qeyd edib ki, bu istiqamətdə işlər davam edir: “Yeni biometrik pasportların və şəxsiyyət vəsiqələrinin istehsalı 2026-cı ilin ikinci yarısında başlayacaq”.

Nazirin sözlərinə görə, yeni biometrik sistemin tətbiqi şərtləri özəl tərəfdaşla ətraflı işlənib.

Paylaş: