Xəbər axtarın

Son axtarış nəticələri:

Fələstin dövləti yaradılmayacaq - Katz

16.11.2025 17:52

İsrailin siyasəti dəyişməzdir. Fələstin dövləti yaradılmayacaq.

Primeinfo.az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb.

“İsrail Müdafiə Ordusu Hermon dağının zirvəsində və təhlükəsizlik zonasındakı mövqelərində qalacaq. Qəzza zolağı sonuncu tunelədək demilitarizasiya olunacaq, HƏMAS isə sarı xətdə İsrail ordusu tərəfindən, Qəzzanın köhnə sektorunda isə beynəlxalq qüvvələr və ya İsrail tərəfindən silahsızlaşdırılacaq”, – Katz bildirib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs 10 oktyabrda qüvvəyə minib və tərəflər razılaşmaya əməl edəcəklərini bildiriblər.

Paylaş: