
2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon, xərcləri 41 milyard 703,6 milyon manat olacaq.
Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Gələn il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri 37 850 712,0 min manat, yerli gəlirləri 758 288,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 944 465,0 min manat, yerli xərcləri 759 135,0 min manat məbləğində proqnozlaşdırılır.
Layihəyə əsasən, Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 000 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 000 000,0 min manat məbləğində təsdiq ediləcək.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manat məbləğində nəzərdə tutulur.