Xəbər axtarın

Son axtarış nəticələri:

Hafiz Hacıyev Ramiz Mehdiyevçilərə od püskürdü - VİDEO

21.11.2025 17:00

Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisinin vəsait mənimsəməsində ittiham olunduğu, ona qarşı isə Cinayət Məcəlləsinin 178, 303 və 313-cü maddələri üzrə cinayət işi açıldığı bildirilir. Lakin buna baxmayaraq, hələlik ciddi tədbirin görülmədiyi iddia olunur.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-də yayımlanan “Qırmızı Masa” verilişində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib.

Hafiz Hacıyev bildirib ki, baş verənlərlə heç kəs razı qala bilməz:

“Bu vəziyyətə kim razı olar? Heç kim. Bəs indi nə edək? Biz məsələni qaldırırıq ki, ölkədə vəziyyət gərgindir, qonşu ölkələrdə də durum yaxşı deyil. Məmur təbəqəsinin müəyyən hissəsi dövlətə mənfi təsir göstərir.”

O əlavə edib ki, uzun illər formalaşmış idarəetmə sistemi islahatların həyata keçirilməsini çətinləşdirir:

“Ramiz Mehdiyev elə bir sistem qurub ki, ölkənin  irəli getməsi çətinləşib. Cənab Prezident gecə-gündüz çalışır, 24 saat işləyir, amma yenə də bəzi sahələrdə nəticə almaq çətin olur. Çünki normal çalışan parlament yoxdur. Əksəriyyəti vaxtilə Ramiz Mehdiyevin ayaqqabılarını parıldatmaqla məşğul idi ki, birdən toz olar.”

MMP sədrinin fikrincə, mövcud vəziyyətin aradan qaldırılması üçün sərt və prinsipial yanaşmaya ehtiyac var.

Paylaş: