Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: “Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir” - VİDEO

05.11.2025 21:10

Türkiyənin xarici işlər naziri Hakan Fidan Finlandiyada səfərdə olub. O, finlandiyalı həmkarı Elina Valtonen ilə görüşüb və birgə mətbuat konfransı keçirib.

Primeinfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, nazir çıxışında bildirib ki, Qəzzaya humanitar yardımlar kifayət qədər deyil və bu istiqamətdə işlər davam edir:

“Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir”.

Fidan həmçinin qeyd edib ki, Türkiyə Avropa İttifaqının müdafiə təşəbbüslərinə daxil edilməlidir və Aİ ilə münasibətlərdə yeni mərhələyə ehtiyac var.

Finlandiya XİN rəhbəri Elina Valtonen isə görüş zamanı maraqlı bir fikir səsləndirib:

“Rusların hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi”.

O həmçinin bildirib ki, Finlandiya Türkiyənin Aİ-yə üzvlüyünə müsbət yanaşır.

Həmin videogörüntüləri təqdim edirik:

Paylaş: