Xəbər axtarın

Son axtarış nəticələri:

Həbs edilən icra başçısının yerinə - TƏYİNAT

12.11.2025 13:39


Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Balakən RİH-nin sabiq icra başçısı İslam Rzayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, korrupsiyada ittiham olunur.

Paylaş: