Xəbər axtarın

Son axtarış nəticələri:

II Qaregin seçkilərə qədər istefa verməlidir - Simonyan

02.11.2025 19:19

2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir.

Primeinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

“Xeyr, bunu seçkilərdən əvvəl siyasiləşdirmək olmaz”, – deyə o, kilsə rəhbərinin dəyişdirilməsinin təxirə salınma ehtimalı ilə bağlı suala cavab olaraq vurğulayıb.

Simonyan bütün ermənilərin katolikosu II Qaregini vaxtında istefa verməyə çağırıb:

“O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər”.

Paylaş: