
Pakistanın paytaxtı İslamabadda məhkəmə binası yaxınlığında partlayış baş verib.
Primeinfo.az Pakistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 12, xəsarət alanların sayı isə 21 nəfərə çatıb.
Yerli polisin bildirdiyinə görə, partlayış məhkəmə binasının yaxınlığında park edilmiş maşının içərisində baş verib.
Partlayışın terror məqsədilə törədildiyi istisna edilmir.
Faktla bağlı araşdırma aparılır, ölü sayının artacağı gözlənilir.
Qeyd edək ki, ötən gün Hindistanda da eyni tipli hadisə baş vermiş və nəticədə 13 nəfər ölmüş, xeyli sayda insan yaralanmışdı.