Xəbər axtarın

Son axtarış nəticələri:

Kəlbəcər Şəhəri Günündə konsert və atəşfəşanlıq - FOTO - VİDEO

25.11.2025 19:05

Noyabrın 25-də Kəlbəcər Şəhər Günündə şəhərin mərkəzində konsert proqramı təşkil olunub.

Primeinfo.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev konsertə gələn hər kəsi təbrik edib:

“Bu gün ilk dəfə təntənəli şəkildə Kəlbəcər Şəhəri Gününün qeyd olunması mühüm hadisədir və rayonun yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Kəlbəcərdə mədəniyyətin, turizmin, təhsilin və ictimai həyatın dirçəlişini izləmək hər birimiz üçün qürurverici mənzərədir”.

Daha sonra konsert keçirilib və eyni zamanda, Kəlbəcər dağlarında tarixi Zəfərimizi simvolizə edən tonqal qalanıb.

Tədbirlərin yekununda isə şəhər mərkəzində atəşfəşanlıq olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr – Kəlbəcər Şəhəri Günü qeyd edilir.

 

 

 

Paylaş: