Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev: "NATO–Azərbaycan tərəfdaşlığını müzakirə etdik" - FOTO

07.11.2025 17:08

NATO–Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr aparılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial media hesabında paylaşım edib.

“NATO-ya üzv dövlətlərinin daimi nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla görüşməkdən məmnunam. Görüş zamanı səmərəli və uğurlu NATO–Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr apardıq, həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi etdik”, – paylaşımda qeyd olunub.

 

Paylaş: