Xəbər axtarın

Son axtarış nəticələri:

Niderlandda ən gənc Baş nazir o seçildi

06.11.2025 23:56


Niderlandda ölkə tarixinin ən gənc Baş naziri seçilib.

Primeinfo.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, 38 yaşlı Rob Yetten Niderlandın yeni hökumət başçısı olub.

O, mərkəzçi-liberal D66 partiyasının lideridir və eyni zamanda ölkə tarixində açıq şəkildə homoseksual olduğunu bəyan edən ilk Baş nazir hesab olunur.

Xatırladaq ki, Niderlandda parlament seçkiləri oktyabrın 29-da keçirilib. Seçkilərdə Yettenin rəhbərlik etdiyi D66 partiyası qalib gəlib. Onun əsas rəqibi, radikal sağçı baxışları ilə tanınan Geert Vildersin “Azadlıq naminə Partiyası” idi

Paylaş: