Xəbər axtarın

Son axtarış nəticələri:

Parisdə növbəti böyük OĞURLUQ

04.11.2025 13:12

Fransanın paytaxtı Parisdə növbəti oğurluq hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, məşhur Luvr muzeyindən zinət əşyalarının səs-küylü oğurluğundan iki həftə sonra cinayətkarlar “Swarovski” butikini qarət ediblər.

Mağazadan təxminən 200 min avro dəyərində zinət əşyaları və saatlar oğurlanıb.

Polisin məlumatına görə, qarət zamanı zərgərlik mağazasının həyəcan siqnalı işə düşməyib və təhlükəsizlik kameraları qarətçiləri qeydə ala bilməyib. Mağazanın satıcıları səhər saatlarında işə gələrkən qapının sındırıldığını və butikin qarət olunduğunu görüblər.

 

 

Paylaş: