
“Rusiya hazırda ciddi iqtisadi və siyasi problemlər içərisində çapalayır”.
Primeinfo.az xəbər verir ki, bunu Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Prime TV-nin “Qırmızı Masa” verilişində bildirib.
Partiya sədrinin sözlərinə görə, Rusiyanın son rəsmi hesabatları ölkədə neft ixracının ötən il 24 faizədək azaldığını göstərir.
O vurğulayıb ki, cari ilin göstəriciləri açıqlanacağı təqdirdə, vəziyyətin daha ağır olduğu görünəcək:
“Bu isə Ukraynanın son aylarda həyata keçirdiyi raket və PUA hücumları nəticəsində neftayırma zavodlarında, boru kəmərlərində və digər strateji obyektlərdə yaranan böyük dağıntılarla bağlıdır”.
Mütəllim Rəhimov əlavə edib ki, ABŞ-nin Rusiya neftinə və “Lukoil” kimi iri şirkətlərə qarşı tətbiq etdiyi sərt sanksiyalar da Moskvanın xaricə neft ixracını ciddi şəkildə məhdudlaşdırıb.
Daha ətraflı “Qırmızı masa”da: