Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan AB səfirləri ilə görüşdü

11.11.2025 19:40

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Birliyinə (AB) üzv olan ölkələrin səfirləri ilə Vaşinqton sammitinin nəticələrini müzakirə edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Söhbət zamanı tərəflər Ermənistan ilə AB arasında mövcud münasibətlərin gündəliyini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdən sonra regiondakı vəziyyətə və Ermənistan ilə Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyinə xüsusi diqqət yetirilib.

Paylaş: