Xəbər axtarın

Son axtarış nəticələri:

Pezeşkian rialın yenilənməsi barədə fərman imzaladı

22.11.2025 18:04

İran Prezidenti Məsud Pezeşkian milli valyuta – rialın denominasiyası haqqında fərman imzalayıb.

Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının məlumatında bildirilib.

“İran İslam Respublikasının Konstitusiyasının 123-cü maddəsinin həyata keçirilməsi məqsədilə Məsud Pezeşkian Mərkəzi Bank haqqında Qanunun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan – red.) düzəlişlərin qüvvəyə minməsi barədə Mərkəzi Banka bildiriş göndərib”, – bəyanatda deyilir.

Paylaş: