
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda qlobal dövlət xadimi kimi hörmətlə qarşılanır.
Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Rossiyskaya qazeta” qəzetindəki məqaləsində yazıb.
“İkitərəfli əməkdaşlıqdakı bütün nailiyyətlər Prezident Vladimir Vladimiroviç Putinin bu sahədəki enerjili və məhsuldar işi ilə ayrılmaz şəkildə bağlıdır. Qazaxıstanda o, qlobal dövlət xadimi kimi sarsılmaz hörmətə malikdir və onun adı demək olar ki, hər bir ölkədə siyasətçilərin və adi insanların dilindədir”, – Tokayev bildirib.