Xəbər axtarın

Son axtarış nəticələri:

"Qarabağ"dan azarkeşlərə müraciət: stadiona erkən gəlin!

05.11.2025 15:03


“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakı İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.

Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan çempionu matçı izləmək üçün fanatları stadiona erkən gəlməyə çağırıb:

“Bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Matç başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (150 dəqiqə) qalmış açılacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Paylaş: