
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb.
Primeinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.
Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.